Ru
21:44 / 20 İyun 2026

İngiltərədə qatar qəzası: 100 nəfər yaralandı

İngiltərədə qatar qəzası: 100 nəfər yaralandı
Eye

İngiltərənin Bedford şəhəri yaxınlığında baş vermiş qatar qəzası nəticəsində bir nəfər həyatını itirib, 100 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Bakupost.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Polisin məlumatına görə, qəza zamanı qatar maşinisti həyatını itirib. Yaralananlardan 28 nəfəri xəstəxanada müalicə olunur. Onlardan 9-nun vəziyyəti kritik olaraq qalır. Ümumilikdə hadisə nəticəsində 100 nəfər zərər çəkib. Pepperoni pizza

Britaniyanın dəmir yolu infrastrukturu operatoru olan “Network Rail” qəzanın nəticələrinin aradan qaldırılması üçün bərpa əməliyyatının aparılacağını açıqlayıb. Qəzanın səbəblərinin araşdırılması davam edir

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar