Ru
23:31 / 17 Sentyabr 2026

İnsanlar artıq evlənmirlər, hara gedirik? - VİDEO

İnsanlar artıq evlənmirlər, hara gedirik? - VİDEO
Eye

Aparıcı Nigar Mahmudova Azərbaycanda nikah və boşanmaların sayındakı fərqdən danışıb.


"Bakupost" xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı videoda insanların əvvəlki kimi evlənmək istəyində olmadığını vurğulayıb:

"Sizinlə çox narahatedici bir statistikanı paylaşacağam. Son 7 ayda, yanvardan iyula qədər qeydə alınan nikahların yarısı qədər, hətta yarıdan çox boşanma olub. Təsəvvür edirsiniz? Nikahların sayı 22 130 olub, boşanmaların sayı isə 11 678. Təsəvvür edirsiniz? Bu, nikahların yarısından çoxu qədər boşanma deməkdir. Amma burada başqa, daha diqqətçəkən bir statistika da var. Hətta bəlkə də onun haqqında daha çox düşünməliyik.

2025-ci illə, yəni keçən illə müqayisədə, hər 1000 nəfərə düşən nikahların sayı 4,6-dan 3,7-yə düşüb. Yəni ilk 7 ayı müqayisə edəndə, bu il nikahların sayı keçən illə müqayisədə 20 faiz azalıb. Dünyada belə bir tendensiya var, biz də buna doğru getdiyimizi statistikadan görürük. İnsanlar artıq evlənmirlər. Nəyə görə evlənmirlər? Belə yaşamaq daha rahatdır?


Düzdür, maddi məsələlər var. Deyəcəksiniz ki, oğlanın evi, işi yoxdursa, necə evlənsin? Bəli, amma gəlin hər şeyi təkcə bunun üstünə yıxmayaq. İnsanlar artıq sanki belə yaşamağı daha rahat görürlər. Boşanmalar isə yaxşı göstərici deyil. Amma indi bəziləri deyə bilər ki, "Niyə yaxşı göstərici olmasın?".

Analarımız hər cür şiddətə, hətta işgəncəyə dözürdülər. Zindan olsa belə, yaşayırdılar. İndi isə qadınlar daha çox öz ayaqları üstündə dururlar. Ola bilsin, səbəb budur. Yaxud daha çox məlumatlıdırlar, gözləri açıqdır. Artıq ictimai qınağı düşünüb o zindanda, o həbsxanada oturmurlar.

Özləri boşanıb daha rahat, daha sərbəst yaşayırlar. Buna kimsə bəlkə yaxşı tərəfdən baxar. Hara gedirik - yaxşı tərəfə, yoxsa pis tərəfə?

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar