Türkiyəli müğənni Gülbən Ergən sosial şəbəkədə yaratdığı ödənişli abunə sistemi ilə gündəmə gəlib.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, sənətçi bir müddət əvvəl İnstaqram hesabında aylıq 79,99 lirəlik (təxminən 2 manat 86 qəpik) ödənişli abunəlik funksiyasını aktivləşdirib.
Gülbən Ergən bildirib ki, bu sistem vasitəsilə izləyiciləri ilə daha səmimi və özəl ünsiyyət qurur. O, abunəçiləri üçün gündəlik həyatı ilə bağlı paylaşımlar etdiyini, sualları cavablandırdığını qeyd edib.
Məlumata görə, qısa müddətdə abunəçilərinin sayı 5 min nəfərə çatıb. Bununla da müğənninin aylıq qazancının təxminən 400 min lirəyə (təxminən 14 min 300 manat) yaxın olduğu iddia olunub.