Ru
14:23 / 27 Avqust 2026

“iPhone 18 Pro” nə vaxt gəlir?

“iPhone 18 Pro” nə vaxt gəlir?
Eye

“Apple”, “iPhone 18 Pro” seriyasının təqdimatı üçün tarix açıqlayıb.

“Bakupost” xəbər verir ki, şirkət “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini 9 sentyabrda təqdim edəcək.

“iPhone 18 Pro” “Surprise and Shine” adlı tədbirdə təqdim edəcək.

Tədbirdə “Apple”ın ilk qatlanan “iPhone” modelini də təqdim etməsi gözlənilir. Modelin “iPhone Ultra” adlandırılacağı bildirilir.

Qatlanan “iPhone”un iki ekranla, iki arxa kamera və “A20” seriyalı çiplə təchiz ediləcəyi, qiymətinin isə təxminən 2 500 dollar ola biləcəyi gözlənilir.

Standart “iPhone 18” modelinin isə sentyabr təqdimatında yer almayacağı və 2027-ci ilin yazında təqdim ediləcəyi bildirilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar