İran ABŞ-nin Hörmüz boğazının yenidən açılması ilə bağlı təklifinə verdiyi cavabı qənaətbəxş hesab etməyib.
"Bakupost" “Reuters”ə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaei bildirib.
Onun sözlərinə görə, Tehran ABŞ-yə yeddi şərt təqdim edib və həmin şərtlər yerinə yetirilənədək Hörmüz boğazı ABŞ üçün açılmayacaq, danışıqlar aparılmayacaq.
Rzaei qeyd edib ki, Vaşinqton İranın bəzi şərtlərini qəbul etsə də, digər məsələlər hələ də qeyri-müəyyən olaraq qalır.
“Cavablarında bəzi şərtlərimizi qəbul ediblər, digərləri isə hələ də qeyri-müəyyəndir”, – deyə o bildirib.
İran rəsmisi vurğulayıb ki, ABŞ aydınlaşdırılmamış məsələlərlə bağlı Tehrana izahat verməlidir. O, həmçinin İranın artıq ABŞ-a cavab vermək mərhələsində olmadığını qeyd edib.
Məlumata görə, Qətər və digər vasitəçilər ABŞ ilə İran arasında mesajlar ötürərək Hörmüz boğazında dəniz nəqliyyatının bərpasına nail olmağa çalışırlar.
Gülsüm,BakuPost