İran parlamenti İslam Respublikasına qarşı “düşmən” hesab edilən media qurumları ilə əməkdaşlıq və əlaqələri məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
"Bakupost" Globalinfo.az-a istinadən xəbər ki, yeni layihəyə əsasən, həmin media qurumlarına müsahibə vermək və onlarla müxtəlif formada əlaqə saxlamaq cinayət əməli kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, İran daha əvvəl Azərbaycan Dövlət Televiziyasını (AzTV) “düşmən media qurumları” siyahısına daxil edib.
Qanun layihəsinin parlament tərəfindən təsdiqlənməsi İranın xarici media ilə əlaqələrə nəzarəti daha da sərtləşdirmək niyyətindən xəbər verir.
Həmişə demişəm ki, İran başqa Quran başqa. O əqidəsizlər o qədər nifaq salan bir rejim qurublar ki, 1 dənə belə olsun 57 müsəlman dövlətlərindən 1 dostu yoxdur. Azərbaycan var olsun. İstəmiyən kor olsun.
İran Parlamenti, mətbuatı kimi bizim modern-Media, ya mətbuat da bəzən kobud termin (və gələcək mümkün hüquqi nizamlamalara NOT-veto qoyan) sərt-reaksiyalı yayımlarla digər dövlət və xalqlarla pisləşən münasibətləri də sıbəb ola bilərlər? Hər hansı hadisə və narazılıqda təmkin-səbrlə araşdırma gərək. Səfirliyimizdə qətl törədən cinayətkar Sepahçının Ruhu qardaşlıq-qonşuluq naminə, adekvat ədalətlə-jestlə əski DQMV terrorbaşlarının mühakiməsini tələb edə bilərdilər?