Ru
16:34 / 11 Mart 2026

İran “Cəza Komitəsi” yaratdı – Müharibə çağırışlarına qarşı mübarizə aparacaq

İran “Cəza Komitəsi” yaratdı – Müharibə çağırışlarına qarşı mübarizə aparacaq
Eye

İranda “Cəza Komitəsi” adlı yeni qurum yaradılıb.

Bakupost.az Güney Azərbaycan “Telegram” kanallarına istinadən xəbər verir ki, bu barədə İranın “Tabnak” xəbər agentliyi məlumat yayıb.

Bildirilib, komitə “sosial mediada müharibəni qızışdırmaq və buna çağırış etmək”də ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə fəaliyyət göstərəcək. Qurum “Xəyanət artıq cəzasız qalmayacaq” prinsipi ilə işləyəcək.

Məlumatda qeyd olunur ki, son günlər fəaliyyətə başlayan komitə vətəndaşları ölkəyə qarşı “xəyanət” etdiyini düşündükləri şəxslər barədə məlumat verməyə çağırır. İnsanlardan bu cür hallarla bağlı sübut və məlumatları komitəyə təqdim etmələri istənilir.

Toplanan məlumatların daha sonra məhkəmə və hüquq-mühafizə orqanlarına təqdim ediləcəyi və ittiham olunan şəxslərin qanun qarşısında cavab verməsinin təmin olunacağı bildirilir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar