Ru
19:40 / 28 Sentyabr 2026

İran da Məkkə Sazişinə qoşulmaq istəyir: Pezeşkian nəyə çalışır?

İran da Məkkə Sazişinə qoşulmaq istəyir: Pezeşkian nəyə çalışır?
Eye

İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişini müsəlmanların birliyi istiqamətində atılmış müsbət addım kimi qiymətləndirib.

“Bakupost” xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Pezeşkianın sözlərinə görə, saziş müsəlman ölkələri arasında qarşıdurmaların qarşısının alınmasına, tərəflərin eyni masa arxasında əyləşərək İslam birliyi istiqamətində əməkdaşlıq etməsinə xidmət edə bilər.

Olmaya İran da sazişə qoşulmaq istəyir?

Siyasi şərhçi Taleh Əliyev “Bakupost”a bildirib ki, Məkkə Sazişinin imzalanması heç də bütün İslami dövlətlərin birliyininə nail olmaq, onlar arasında daha geniş inteqrasiya olunmuş birliyin yaradılmasını nəzərdə tutmur:

“Hazırkı mərhələdə bu birliyin Səudiyyə Ərəbistanına qarşı real hərbi təhdidlərdən dolayı meydana çıxdığını da qeyd edə bilərik. Husilərin aktivləşməsi bu prosesi bir qədər də sürətləndirdi.

Müsahibimiz İranın hazırki qeyri-müəyyən sabitlik dövründə Məkkə Paktını imzalayanların belə bir risqi göz önünə alacaqlarını düşünmür: “Çünki hazırda İran ABŞ ilə müharibə vəziyyətindədir. Ona görə hər üç ölkənin müraciət olunsa da belə, İranın Məkkə Sazişinə qoşulmasına isti baxacaqları qənaətində deyiləm”.

Həmsöhbətimiz hesab edir ki, sazişi imzalayanlar Tehrana “yaşıl işıq” yandırsalar, təşkilat formal xarakter daşıyacaq.
Bu səbəbdən ekspert düşünür ki, Pezeşkianın çağırışı əslində Məkkə Sazişini imzalayanları husilərə qarşı açıq hərbi qarşıdurmadan çəkindirməyə hesablanmış diplomatik manevrdir:

“Həm də İran ora qoşulmaq üçün ABŞ-nin irəli sürdüyü tələblərə əməl etməli, nüvə proqramından imtina etməlidir. SEPAH-ın bu tələbləri yerinə yetirməklə Məkkə Sazişinə qoşulması real görünmür”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar