Ru
06:53 / 29 Yanvar 2023

İran dəhşət içində: 4-5 şəhərdə partlayış, hərbi obyektlərə dron hücumu - FOTO

10580
İranın bəzi hərbi və sənaye obyektlərində partlayış və yanğınlar var.

Bakupost.az xəbər verir ki, əvvəlcə İsfahanda mərmi və ya dron (yaxud hər ikisi) istehsal edən müəssisədə partlayış olub.

İran Müdafiə Nazirliyi açıqlama yayıb ki, yanvarın 28-də yerli vaxtla saat 23:30-da İİsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus zavoda dron hücumu olub.


Müdafiə Nazirliyinin iddiasına görə, dronlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, digəri isə HHM-in “tələsinə” düşərək partlayıb.

Qurum itkilərin olmadığı və zavoda “əhəmiyyətsiz” ziyanın dəydiyini desə də, sosial şəbəkələrdə zavodda baş verən partlayışın miqyasının böyük olduğu məlum olub.


Təbriz yaxınlığındakı Azərşəhrdə mühərrik yağı hazırlanan müəssisə də yanğın baş verib.

Xoy, Həmədan, Kərəc şəhərlərində də partlayışlar olub. 


Sosial şəbəkə istifadəçiləri ölkənin paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan və digər şəhərlərindən hava partlayışların əks olunduğu videolar paylaşırlar. 



Videogörüntülərdə hava hücumunda müdafiə sistemlərinin, həmçinin atışmaların səsləri eşidilir. Ölkənin bir sıra şəhərlərində hava həyəcanı siqnalı verilir.


İddialara görə, İrana qarşı kamikadze dron hücumları həyata keçirilib.


Eyni zamanda, “Al Arabiya” nəşri İsrail KİV-ə istinadən bildirib ki, İsrail İran daxilində əməliyyat keçirir. Bununla belə, ölkə rəsmiləri İranda baş verən hadisələrə münasibət bildirməyiblər.

Qeyd edək ki, hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən bir gün keçməmiş baş verir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər