ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını aradan qaldırıb və Tehran ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə başlayıb.
Bakupost.az xəbər verir ki, bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
"ABŞ Mərkəzi Komandanlığı ondan çox gəminin dəniz blokadasından keçməsinə icazə verib. Beləliklə, biz də razılaşmanın öz payımıza düşən hissəni yerinə yetiririk", - Vens əlavə edib.