İranda etirazlar zamanı “Xamenei fotosunu yandırıb siqaret yandıran qız” videosu sosial mediada viral olub.
Bakupost.az xəbər verir ki, bu görüntü hazırda İrandakı nümayişlərin ən çox paylaşılan simvolik görüntülərindən biridir. Bu akt etirazçılar tərəfindən həm rejimə qarşı siyasi, həm də sosial qadağalara qarşı simvolik etiraz kimi diqqət cəlb edib.
Bu görüntülər xüsusilə “Instagram”, “X”, “Reddit” və “Telegram” kimi platformalarda sürətlə virallaşıb və bəzi qruplar tərəfindən etirazların “simvolu” kimi paylaşılıb.
Bəzi paylaşımlarda bu görüntünün İranda deyil xaricdə yaşayan iranlılar tərəfindən çəkildiyi iddia olunur..
Xamenei fotoşəklini yandırmaq İran qanunlarında ciddi cinayət sayılır və bunun ictimai məkanda edilməsi rejimə qarşı açıq meydan oxuma kimi qəbul edilir.
Qadınların hijabsız olması və siqaret yandırması İran ictimai-mədəni normalarına qarşı çıxış kimi qiymətləndirilir.
Cavid, BakuPost