Ru
13:41 / 22 Oktyabr 2026

İran: Fars körfəzində 4 neft tankeri vurulub

Eye

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Fars körfəzinin şimalında neft daşıyan 4 gəminin eyni vaxtda vurulduğunu və yanmaqda davam etdiyini bildirib.

“Bakupost” xəbər verir ki, İran tərəfinin açıqlamasına görə, gəmilər neftin bir gəmidən digərinə ötürülməsi zamanı aşkarlanıb və vurulub.

İran həmçinin Hörmüz boğazının qərbində 3 gəminin dəniz minasına düşdüyünü və yanğın baş verdiyini iddia edib. Tehran ABŞ-ni gəmiləri minalanmış marşrutdan keçməyə təşviq etməkdə günahlandıraraq, belə davam edəcəyi təqdirdə bölgədəki ABŞ bazalarının da hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar