Ru
22:13 / 12 İyun 2026

İran hakerləri DÇ-2026-nı hədəf aldı

İran hakerləri DÇ-2026-nı hədəf aldı
Eye

DÇ-2026 davam etdiyi vaxtda mundialın təhlükəsizliyi ilə bağlı narahatedici iddia yayılıb.


Bakupost.az xəbər verir ki, “Handala” adlı İranla əlaqəli haker qrup FTB-yə məxsus dron sistemlərinə müdaxilə etdiyini iddia edib.

Məlumata görə, qrup dünya çempionatında iştirak edən komandaların avtobuslarını hədəf ala biləcəkləri ilə bağlı təhdid xarakterli açıqlama yayıb. ABŞ Dövlət Departamenti isə haker qrupun üzvlərinin kimliyinin müəyyənləşdirilməsinə kömək edəcək məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edib.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnirdə artıq iki oyun baş tutub. Meksika Cənubi Afrikanı 2:0, Cənubi Koreya isə Çexiyanı 2:1 hesabı ilə məğlub edib.

Mundial iyulun 19-da keçiriləcək final qarşılaşması ilə başa çatacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar