Ru
21:14 / 11 Avqust 2026

İran Hörmüz boğazını açmaq üçün ABŞ-yə şərtlərini açıqladı

İran Hörmüz boğazını açmaq üçün ABŞ-yə şərtlərini açıqladı
Eye

İran hakimiyyəti vasitəçilər vasitəsilə ABŞ-yə Hörmüz boğazının açılması üçün şərtlərini təqdim edib. Bu şərtlərə Livan və Qəzza zolağında müharibələrin dayandırılması, eləcə də İranın dondurulmuş aktivlərinin azad edilməsi daxildir.

"Bakupost" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi Möhsün Rezai bəyan edib.

"ABŞ davranışını dəyişməyənə və İranın şərtlərini qəbul etməyənə qədər boğaz açılmayacaq. ABŞ müharibəni dayandırmalı, İranın dondurulmuş vəsaitlərini qaytarmalı və ümumilikdə regionda, o cümlədən Livan və Qəzzada müharibəyə son qoyulmalıdır. Həmçinin vasitəçilər vasitəsilə çatdırılan digər şərtlər də qəbul edilməlidir", - deyə o qeyd edib.

Rezai vurğulayıb ki, İranla Oman arasında Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşma boğazın açılması məsələsinə heç bir təsir göstərməyəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar