İran ötən gecə İsrailə hücum zamanı ABŞ-nin raketdən müdafiə sisteminə ciddi problem yaradan ən son nəsil "Kheibar Shekan" ballistik raketlərindən istifadə edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Bu tip ballistik raketin trayektoriyasının son mərhələsində (dalğıc mərhələsində) sürəti təxminən 9 maksa çatır. Bu, THAAD və "Arrow" kimi bahalı raketdən müdafiə sistemləri üçün onların məhv edilməsini olduqca çətinləşdirir" - deyə hərbi mənbə bildirib.
İran zərbələr zamanı "Emad", "Qadr-F" və "Kheibar Shekan" ballistik raketləri də daxil olmaqla birləşmiş silahlanma sistemindən istifadə edib.