Ru
12:36 / 08 İyun 2026

İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır

İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
Eye

Tehran milli maraq və təhlükəsizliyinin tələb etdiyi həddə qədər addım atacaq.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai regionda müharibənin son vəziyyəti ilə bağlı danışarkən bildirib.

Bəqai deyib ki, İran İsrail və ABŞ-a mövcud vəziyyətdən sui-istifadə edərək təcavüzü davam etdirməyə imkan verə bilməz və onların sadəcə bir bəyanatla atəşkəsə sadiq olduqlarını demələri kifayət deyil.

O, həmçinin, regiondakı hadisələrdə ABŞ və İsrailin siyasətlərinin koordinasiyasına diqqət çəkərək bildirib ki, son hadisələr Vaşinqtona qarşı şübhələri daha da artırıb.

Bəqai əlavə edib ki, ABŞ son atəşkəs pozuntularına görə birbaşa məsuliyyət daşıyır və İsrail Vaşinqtonla məsləhətləşmədən müstəqil addım atmır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar