Ru
14:23 / 26 Sentyabr 2025

İran kəşfiyyatının yalanı üzə çıxdı - SEPAH tənqid etdi

İran kəşfiyyatının yalanı üzə çıxdı -  SEPAH tənqid etdi
Eye

Kəşfiyyat Nazirliyinin “İsraildən əldə edilən eksklüziv görüntülər və məlumatlar” adlı sənədli filmində internetdə mövcud olan arxiv şəkillərindən istifadə olunub.

Bakupost.az xəbər verir ki, bunu SEPAH-a bağlı “Fars” xəbər agentliyi yazıb.

“Bu səliqəsizlik düşmən media orqanlarına sənədli filmdə əks olunan bütün məlumatları uydurma adlandırmaq üçün bəhanə verib”, - agentlik əlavə edib.

Qeyd edək ki, bundan əvvəl İran təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətib İsrailə aid milyonlarla səhifəlik məxfi sənədləri ələ keçirdiklərini iddia edib.

1 gün sonra isə onun “məxfi” adlandırdığı və İran televizyasında nümayiş etdirilən sənədlərin bir çox internet saytı və “Quql”da yayılan açıq məlumat və sənədlər olduğu üzə çıxıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar