Cənubi Kipr Prezidenti Nikos Xristodulides (adanın yunan tərəfi) Akrotiridəki Böyük Britaniya hava bazasına gecə vaxtı İran tərəfindən PUA hücumunu təsdiqləyib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib.
O bəyan edib ki, “Şahid” tipli pilotsuz uçan aparat Akrotiridəki Britaniya bazalarındakı hərbi obyektlərə çırpılaraq kiçik maddi ziyana səbəb olub.