Ru
14:00 / 12 İyun 2026

İran nüvədən əl çəkir, ABŞ 300 milyard ödəyir? - Memorandum imzaladılar

İran nüvədən əl çəkir, ABŞ 300 milyard ödəyir? - Memorandum imzaladılar
Eye

Yaxın Şərqdəki konflikt deyəsən artıq sona çatmaq üzrədir.

Belə ki, ABŞ ilə İran arasında münaqişənin həlli üzrə tərəflər arasında memorandum imzalanıb.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, memorandum 14 bənddən ibarətdir.

Ona əsasən tərəflər 30 gün ərzində dəniz blokadasını ləğv etmək və Amerika qüvvələrini İranla həmsərhəd ərazilərdən çıxarmaq barədə razılığa gəliblər.

Sənəddə həmçinin göstərilir ki, ABŞ və müttəfiqləri İranın yenidən qurulması üçün ən azı 300 milyard dollar dəyərində plan təqdim etməlidirlər. İran da öz növbəsində Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqliyini bir daha təsdiqləyir və nüvə silahı istehsal etməməyə söz verir.

Sənəddə həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin tamamilə və dərhal dayandırılması da nəzərdə tutulur.

Qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp müharibəyə son qoymaq üçün prinsipial razılığa gəldiklərini açıqlayıb.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar