Ru
13:51 / 08 Oktyabr 2026

İran-Oman razılaşması Hörmüz düyününü açacaqmı?

İran-Oman razılaşması Hörmüz düyününü açacaqmı?
Eye

İran və Oman Hörmüz boğazından keçən təhlükəsiz gəmiçilik marşrutlarının coğrafi koordinatları barədə razılığa gəliblər.

“Bakupost” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

Diplomatın sözlərinə görə, hər iki tərəf naviqasiya təhlükəsizliyinin təmin olunması baxımından ortaq məxrəcə gəlib və əldə olunmuş razılaşma ilə bağlı müvafiq təklifi yaxın vaxtlarda beynəlxalq səviyyədə — aidiyyəti beynəlxalq qurumlara təqdim edəcəklər.

Tərəflər arasında əldə edilən razılıq qlobal neft və enerji daşımalarında gərginliyin azaldılmasına səbəb ola bilərmi?

Siyasi şərhçi Mehman Əliyev “Bakupost”a bildirib ki, Omanla İran arasında Hörmüz boğazından keçən təhlükəsiz gəmiçilik marşrutlarının coğrafi koordinatları barədə əldə edilən razılaşma bölgədə gərginliyin azaldılmasına təkan verməyəcək.

Müsahibimiz deyir ki, bu tipli razılaşmalarla əslində Tehran ABŞ və İsrailə prosesin getdiyini və onun Hörmüz boğazında gəmilərin təhlükəsiz keçməsi üçün müəyyən səylərdə bulunduğunu göstərmək istəyir:

“Amma aydındır ki, hazırda prosesə daha çox ABŞ nəzarət edir. Əsas məsələ də ondan ibarətdir ki, ABŞ strateji hədəf olaraq boğazı tam nəzarətə götürmək istəyir. Bu səbəbdən düşünürəm ki, Omanla İran arasında əldə olunan razılaşmanın regionda gərginliyin azaldılmasında hansısa real faydası olmayacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar