Ru
11:52 / 06 Oktyabr 2026

İran onları geri çağırır – ev, pul vəd edir

İran onları geri çağırır –  ev, pul vəd edir
Eye

Xaricdə yaşayan iranlı mütəxəssislərin ölkəyə qayıtması üçün onlara bir neçə xüsusi imtiyaz tanınacaq.

"Bakupost" xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.

“İrana qayıdan mütəxəssislər özləri ilə istənilən avtomobili gətirə bilərlər, rüsum tətbiq edilməyəcək. Bilik əsaslı şirkətlərin yaradılması və inkişafı üçün onlara İnnovasiya və Rifah Fondundan xüsusi dəstək göstəriləcək, həmin şəxslər qısa müddətdə mənzillə təmin olunacaqlar”, - o bildirib.

Mühacirani bu qərarı Nazirlər Kabinetinin təsdiqlədiyini qeyd edib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar