Ru
21:00 / 08 İyul 2026

İran ordusu 8 hərbçinin həlak olduğunu açıqladı

İran ordusu 8 hərbçinin həlak olduğunu açıqladı
Eye

8 iyul gecəsi ABŞ-nin ölkənin cənub bölgələrinə endirdiyi zərbə nəticəsində səkkiz İran hərbçisi həlak olub.

“Bakupost” SNN televiziya kanalına istinadən xəbər verir ki, bu haqda İran ordusu açıqlama yayıb.

“ABŞ ordusunun İranın cənub bölgələrinə qarşı cinayətkar təcavüzü nəticəsində bu səhər Bəndər Abbas və Buşəhrdə vətənlərini müdafiə edərkən düşmən mərmiləri nəticəsində İran İslam Respublikasının Hərbi Hava Qüvvələri və Donanmasının səkkiz cəsur hərbçisi həlak olub”, - məlumatda deyilir.

İran ordusu bu zərbələrə görə ABŞ-yə qarşı qisas alacağına söz verib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar