İranın məşhur “Tasnim” xəbər agentliyi ölkə Prezidenti Məsud Pezeşkianla bağlı paylaşımında Azərbaycan mahnısından istifadə edib.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, agentliyin sosial media hesabında Pezeşkianın görüntüləri Azərbaycanın “Dağlar oğlu dağlar” mahnısının müşayiəti ilə yayımlanıb.
Qeyd edək ki, Məsud Pezeşkian əslən azərbaycanlıdır və çıxışlarında Azərbaycan dilində danışması ilə diqqət çəkir.