Ru
10:47 / 22 Sentyabr 2026

İran prezidenti həbs oluna bilər

İran prezidenti həbs oluna bilər
Eye

BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən İran Prezidenti Məsud Pezeşkian ABŞ-də həbs oluna bilər.

"Bakupost" xəbər verir ki, bunu İran parlamentinin deputatı Qasım Rəvanbəxş deyib.

“Biz Amerika ilə müharibədəyik, özü də bir neçə ay əvvəl qorxmadan bizim liderimizi qətlə yetirmiş və Venesuelanın Prezidentini (Nikolas Maduro) qaçırmış bir ölkə ilə. Pezeşkianın da Amerikada həbs edilməsi onun üçün heç bir problem yaratmaya bilər, amma bizim üçün bu, məğlubiyyət olardı”, - deputat bildirib.

Rəvanbəxş Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüşə də diqqət çəkib:

“Tramp Pezeşkianla görüşə hazır olduğunu bəyan edib, amma ola bilər ki, bizim prezidentimizi ələ salsın və son anda görüşü ləğv edərək onu qəbul etməsin və ya bu görüş üçün şərtlər irəli sürsün. Bu halda İran rüsvay ola bilər. Görüş baş tutsa belə, Əli Xameneinin və minlərlə iranlının qatili ilə görüşməyin nə faydası var?”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar