Ru
09:00 / 25 İyun 2026

İran prezidentinin bu görüntüləri gündəm oldu - VİDEO

İran prezidentinin bu görüntüləri gündəm oldu  - VİDEO
Eye

Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə keçirilən rəsmi tədbir maraqlı anlara səhnə olub.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, görüş çərçivəsində təşkil edilən simvolik ağacəkmə mərasimində İran Prezidenti prosesə gözləniləndən daha ciddi yanaşıb.

Məlumata görə, dünya liderlərinin əksəriyyəti belə tədbirlərdə sadəcə ağacın əkilməsi üçün torpaq ataraq mərasimi tamamlayır. Lakin İran Prezidenti proseslə kifayətlənməyərək, ağacın tam şəkildə əkilib bərkidilməsinə qədər işi davam etdirib.

Şahbaz Şərif isə bu vaxt İran Prezidentinin çiyninə toxunaraq, ondan dayanmasını istəyib, lakin Pezeşkian israrlı şəkildə işini davam etdirib.

Hadisə tədbirdə olan digər iştirakçılar arasında da təbəssümlə qarşılanıb, sosial şəbəkələrdə isə günün ən çox müzakirə edilən videolarından biri olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar