Ru
19:29 / 18 İyun 2026

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO
Eye

İranın diplomatik kanallar vasitəsilə Ermənistana ABŞ administrasiyasından İran sərhədi yaxınlığında, Ermənistan ərazisindən keçəcəyi bildirilən "Tramp marşrutu" ilə bağlı əlavə izahat almağa çalışacağını bildirdiyi iddia olunur.

Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Tehran sözügedən marşrutun təhlükəsizlik və geosiyasi nəticələri ilə bağlı tam aydınlıq əldə olunana qədər layihəyə dəstək vermək niyyətində deyil.

Bildirilib ki, İran tərəfi təhlükəsizlik maraqlarının tam təmin ediləcəyinə əmin olmadan TRIPP layihəsinin həyata keçirilməsinə razılıq verməyəcək.

Həmçinin İrəvana tövsiyə edilib ki, İran və ABŞ arasında davam edəcəyi gözlənilən 60 günlük dialoq müddətində layihə ilə bağlı ciddi və geri dönülməz addımlar atılmasın.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar