Ru
17:32 / 29 May 2026

İran uran ehtiyatlarını üçüncü bir ölkəyə verməyəcək!

İran uran ehtiyatlarını üçüncü bir ölkəyə verməyəcək!
Eye

İran zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü bir ölkəyə və ya vasitəçi tərəfə verməyi planlaşdırmır.


Bakupost.az İran mediasına istinadla xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri İbrahim Əzizi deyib.

O bildirib, İranın Hörmüz boğazı üzərində idarəçiliyi daimi olacaq:

“Buna heç kim şübhə etməməlidir”.

Zənginləşdirilmiş uranın isə heç bir ölkəyə köçürülməyəcəyini bildirən Əzizi bu cür fikirlərin haradan qaynaqlandığını bilmədiyini qeyd edib:

“ABŞ öz rəftarına yenidən baxmalıdır. Əks halda, danışıqlarda heç bir müvəffəqiyyət əldə olunmayacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar