Ru
13:24 / 12 İyun 2026

İran və ABŞ arasında 14 maddəlik razılaşma... - DETALLAR

İran və  ABŞ arasında 14 maddəlik razılaşma... - DETALLAR
Eye

İran və ABŞ arasında müzakirə olunan 14 bəndlik razılaşma layihəsinin detalları açıqlanıb.

Bakupost.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, sənəddə Tehranın ballistik raket proqramı ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmur. Həmçinin İranın regiondakı müttəfiq qüvvələrə dəstəyi məsələsinin danışıqlar gündəliyinə daxil edilmədiyi bildirilir.

Layihəyə əsasən, ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını, İran ətrafındakı hərbi qüvvələrinin geri çəkilməsini, dəniz blokadasının dayandırılmasını və ölkənin dondurulmuş maliyyə vəsaitlərinin sərbəst istifadəsinə şərait yaradılmasını öhdəsinə götürür.

Bunun müqabilində İran Hörmüz boğazının açılmasına razılıq verir. Sənəddə həmçinin Vaşinqtonun İran iqtisadiyyatının bərpası üçün ən azı 300 milyard dollar həcmində proqram təqdim etməsinin vacibliyi vurğulanır.

Razılaşma layihəsində Livanda və digər cəbhələrdə atəşkəsin dərhal təmin edilməsi, ABŞ-ın İranın daxili işlərinə qarışmamaq öhdəliyi, nüvə proqramı üzrə yekun sazişin hazırlanması üçün 60 günlük danışıqların aparılması kimi müddəalar da yer alıb.

Bundan əlavə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində nüvə silahı istehsal etməyəcəyini bir daha təsdiqləyir. Danışıqlar dövründə ABŞ-ın yeni sanksiyalar tətbiq etməməsi və bölgədəki hərbi iştirakını artırmaması da şərtlər sırasındadır.

Məlumata görə, sənəd hazırda İranda aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilir və yekun qərarın bundan sonra veriləcəyi gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar