Ru
20:21 / 18 İyun 2026

İran və ABŞ razılaşması: Hörmüzdən 7 gəmi keçdi

İran və ABŞ razılaşması: Hörmüzdən 7 gəmi keçdi
Eye

İran və ABŞ arasında memorandum imzalandıqdan sonra Hörmüz boğazından 7 gəmi keçib.


Bakupost.az xəbər verir ki, bu barədə CNN-ə istinadən "İnterfaks" məlumat yayıb.

"Cümə axşamı hazırkı vaxta qədər boğazdan yeddi gəmi keçib", - məlumatda bildirilib.

Dörd yük gəmisi - Fransanın LNG tankeri və Kuk adaları bayrağı altında üzən bitum tankeri boğazdan Oman körfəzi istiqamətində keçib. Panama bayrağı altında üzən daha bir "Starway" gəmisi boğaza daxil olaraq Fars körfəzinə istiqamətinlənib.

Bununla belə, 46 min tondan çox neft daşımaq imkanına malik olan "Starway" transponderini söndürərək faktiki olaraq gözdən itib.

Qeyd edək ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi haqqında əsasnamələr da yer alır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar