İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) yeni əməkdaşlıq qaydalarına dair razılığa gəliblər.
Bakupost.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.
“ABŞ və sionist rejimin (İsraili nəzərdə tutur – red) ölkəmizin dinc nüvə obyektlərinə qanunsuz hücumları nəticəsində yaranan yeni reallıqlarda agentlik ilə (BAEA-red) qarşılıqlı fəaliyyət metodu razılaşdırılıb” - Bəqayi bildirib.
Aagentliyin baş direktoru Rafael Qrossi bildirib ki, bu gün Qahirədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə İranda təftiş fəaliyyətinin bərpasının praktiki üsulları barədə razılıq əldə olunub.