Ru
12:10 / 25 Avqust 2026

İran və Pakistan danışıqlarda irəlilədi

İran və Pakistan danışıqlarda irəlilədi
Eye

Pakistan və İran ABŞ-İsrail müharibəsinin və qarşıdurmanın sona çatdırılması ilə bağlı danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə edib.

“Bakupost” xəbər verir ki, Pakistanın daxili işlər naziri Möhsin Naqvi Tehrana səfərindən sonra görüşlərin kifayət qədər konstruktiv keçdiyini bildirib.

Danışıqlarda qarşıdurmanın daha da genişlənməsinin qarşısını alacaq addımlar, Hörmüz boğazının yenidən açılması və müharibənin mümkün qədər tez başa çatdırılması məsələləri müzakirə olunub.

Tərəflər həmçinin regional sülh və fikir ayrılıqlarının danışıqlar yolu ilə həlli barədə fikir mübadiləsi aparıblar.

Naqvi İran prezidentinin ölkəsinin mövqeyini açıq şəkildə ifadə etdiyini və tərəflər arasında məsələlərin müzakirə olunduğu “son dərəcə konstruktiv” görüş keçirildiyini bildirib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar