Ru
23:51 / 17 İyun 2026

İran XİN: İsrail Livana hücum etsə, ABŞ ilə razılaşma pozulacaq

İran XİN: İsrail Livana hücum etsə, ABŞ ilə razılaşma pozulacaq
Eye

İsrailin Livandakı hərbi əməliyyatları ABŞ ilə İran arasında imzalanacaq razılaşmanın pozulması demək olacaq və lazımi tədbirlər görüləcək.


Bakupost.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"Hər iki tərəf yekun razılaşma üçün 60 gün ərzində danışıqlar aparmaq barədə razılığa gəlib", - XİN-dən qeyd olunub. pizza

Əlavə edilib ki, dəniz blokadası 30 gün ərzində dayandırılmalıdır:

"Hörmüz boğazına gəldikdə, dəniz trafikinin müəyyən edilmiş müddət ərzində normal vəziyyətə qaytarılması qərara alınıb. Bu bizim öz vəzifəmizdir və biz bunu başqa tərəflərin iştirakı və ya müdaxiləsi olmadan yerinə yetirəcəyik".

Bildirilib ki, Hörmüz boğazının idarə edilməsi mexanizminin hazırlanması üçün İran və Oman əməkdaşlıq edəcək, zərurət yarandıqda regionun digər ölkələri ilə fikir mübadiləsi aparılaq.

Daha əvvəl İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib ki, memorandum İran və ABŞ prezidentləri tərəfindən imzalana bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar