Ru
15:00 / 21 Aprel 2026

İrana gedən buludları BƏƏ oğurlayırmış? – Qəribə iddia

İrana gedən buludları BƏƏ oğurlayırmış? – Qəribə iddia
Eye

Yaxın Şərqdə cərəyan edən proseslər müxtəlif real və qeyri-real fikirlərin də gündəm olmasına rəvac verib.
İranda yayılan fikirlərə görə, BƏƏ-də bulud yayma və iqlim dəyişikliyi üzrə gizli mərkəz məhv edildikdən sonra ölkəyə yağışlar yağmağa başlayıb. Bildirilir ki, ona qədər isə İranda ciddi quraqlıq hökm sürürdü. Bunu da Tehranda BƏƏ-dəki sözügedən “gizli mərkəzin” müxtəlif vasitələrdən istifadə edərək, buludların İrana tərəf hərəkətinə maneə olması ilə əlaqələndirirdilər.

Xatırladaq ki, vaxtilə bu məsələ ilə bağlı İran Azərbaycanı da ittiham edirdi.

Hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az-a bildirib ki, bu sayaq açıqlamalar qeyri-ciddidir:

“Buludyayma və iqlim dəyişikliyilə bağlı çoxsaylı fikirlər səsləndirilir. Amma onun bütövlükdə müharibənin gedişinə və yaxud ölkənin həyatına ciddi şəkildə təsir göstərməsi qeyri-ciddi səslənir. Burada həqiqətə yaxın məqamlar da var. Amma əksəriyyəti həqiqətdən uzaq, xeyli şişirdilmiş məlumatlardır”.

Həmsöhbətimiz qeyd edir ki, müharibə aparan tərəflər bir-birini zəiflətmək üçün adətən bütün mümkün variant və vasitələrdən istifadə edir:

“Sovet dövründə buludları dağıtmaq, onların istiqamətini dəyişmək üçün toplardan istifadə olunurdu. Xüsusən də dolu yağanda bu məsələ gündəmə gəlir. Bu fonda İran tərəfi çox şey deyə bilər. Amma buludların İrana istiqamət götürməsinə maneə olmaq qeyri-ciddidir. BƏƏ-də bulud yayma və iqlim dəyişikliyi üzrə gizli mərkəzin məhv edilməsinin guya İranda yenidən yağışların yağmasına təkan verdiyi iddia etmək tamamilə əsassız fikirlərdir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar