Ru
21:26 / 18 İyun 2026

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI

İrana qarşı hücumların hansı halda bərpa ediləcəyi AÇIQLANDI
Eye

Tehran imzalanmış memorandum üzrə öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə, ABŞ Silahlı Qüvvələri İrana qarşı zərbələri və blokadanı bərpa edə bilər.


Bakupost.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bəyan açıqlama verib.

"Əgər İran ABŞ ilə əldə olunmuş razılaşma üzrə öhdəliklərini yerinə yetirməsə, Birləşmiş Ştatlar hərbi əməliyyatları bərpa edəcək və İrana qarşı yenidən blokada tətbiq edəcək", - deyə o bildirib.

O əlavə edib ki, Vaşinqton bütün razılaşmalara əməl etmək niyyətindədir, lakin eynisini qarşı tərəfdən də, o cümlədən İranın nüvə proqramı məsələsində tələb edir.

Heqset izah edib ki, memorandumda heç bir güzəşt yoxdur və ABŞ-nin vəzifəsi İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir. Onun fikrincə, bu məsələdə hər şey Tehrandan asılı olacaq.


Qeyd edək ki, iyunun 18-də ABŞ və İran İslam Respublikası hərbi əməliyyatların 60 günlük dayandırılmasını, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını, Vaşinqton tərəfindən İran limanlarının dəniz blokadasının qaldırılmasını və yeni danışıqlar mərhələsinin başladılmasını nəzərdə tutan müvəqqəti anlaşma memorandumunun imzalandığını bəyan ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar