Ru
09:40 / 02 İyul 2026

İranda 8 ədəd var, amma ermənilərə “hə” demir - Azərbaycana qarşı qərarın səbəbi

İranda 8 ədəd var, amma ermənilərə “hə” demir  - Azərbaycana qarşı qərarın səbəbi
Eye

İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı rəsmən tanımasından sonra İranın məsələyə yanaşması araq doğurub. Belə ki, Tehran və İrəvan arasında münasibətlərin yaxın olması, İranda yaşayan ermənilərə xüsusi diqqətlə yanaşılması və hər növ şəraitin yaradılmasına baxmayaraq, bu ölkə “soyqırımı” iddiasını tanımır.

İran “erməni soyqırımı”nı tanıyacaqmı? Bunun təbliği istiqamətində hansı addımlar atılıb?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hafizoğlu İsrail hökumətinin Türkiyəyə siyasi təzyiq vasitəsi kimi “erməni soyqırımı”nı tanıdığını bildirib:

“İsrailin qondarma “erməni soyqırımı”nı qəbul etməsi gülünc haldır. Qətərdə baş verən hadisələrin fonunda Təl-Əvivin belə addım atması yanlışdır və bu ölkəni siyasi baxımdan dalana dirəyir.

Digər tərəfdən, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün komissiyanın yaradılmasını təklif etmişdi. Lakin nə İsrail, nə də beynəlxalq ictimaiyyət buna müsbət yanaşdı. Eyni zamanda 1915-ci ildə İsrail hələ dövlət kimi mövcud deyildi.

Dünyada bir çox ölkə, o cümlədən Rusiya, Livan, Suriya və bəzi ərəb dövlətləri 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyıb. Lakin bu, Türkiyə daxilində heç nəyi dəyişməyib.

Tehran-İrəvan münasibətləri İranın İslam dünyası ilə münasibətlərinin fövqündə dayanır. Yəni iki ölkə arasında əlaqələr hər zaman yüksək səviyyədə olub.

“Hizbullah”ın qurucularından biri Luteyfi açıqlamasında bildirib ki, bir dəfə İranın xarici işlər naziri ilə görüş zamanı bu ölkənin Azərbaycana qarşı haqsız davranışını gündəmə gətirib və ona bunun səbəbinin Azərbaycanın türk olması ilə izah edildiyi deyilib. İran Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı rıçaq kimi istifadə etmək iqtidarındadır. Rəsmi İrəvan bu baxımdan “Troya atı” rolunu oynayır. Kim ondan düzgün istifadə edərsə, Cənubi Qafqazda üstünlük əldə edə bilər”.

Qeyd edək ki, İran rəsmi dövlət və ya parlament səviyyəsində “erməni soyqırımı”nı tanımayıb. Məlumatlara görə, bu addımın atılmamasının səbəbi İranın qonşu Türkiyə ilə iqtisadi və siyasi əlaqələrə üstünlük verməsidir. “Xalq qəzeti”nin bir araşdırma yazısında isə qeyd olunub ki, İranda 8 qondarma “erməni soyqırımı” abidəsi və muzeyi mövcuddur. Hər il aprelin 24-də kilsələrdə “erməni soyqırımı”nın anılması üçün geniş tədbirlər keçirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar