Bu gün səhər saatlarında İranın Mərkəzi əyalətinin Qızıl Aypara Cəmiyyəti Təşkilatının rəhbəri Qasım Mehrabadi Zərəndiyə-Tehran magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, Qası Mehrabadinin sözlərinə görə, “Pride” markalı minik avtomobili ilə iki TIR-ın toqquşması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Hadisə yerində xilasetmə işləri aparılıb. Qəza nəticəsində ölənlərin kimliyi müəyyən olunub. Yaralı TIR sürücüləri ilkin yardımdan sonra xəstəxanaya yerləşdirib.
Cavid, BakuPost