Həmədan şəhərinin İnqilab Məhkəməsinin 2-ci şöbəsi müəllim və ictimai fəal Rza Müslimi barəsində həbs qərarı çıxarıb.
"Bakupost" xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, o, "milli təhlükəsizlik əleyhinə toplaşmaq və əlbir olmaq" və "hökumətə qarşı təbliğat" ittihamlarına görə, 4 il, 1 ay, 17 gün azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rza Müslimi yanvarın 8-də öz şəxsi mənzilində həbs edilərək istintaq təcridxanasına köçürülüb.
O, 1 ay dindirildikdən sonra 9 milyon tümən girov qarşılığında müvvəqqəti sərbəst buraxılmışdı.