Ru
19:16 / 09 Mart 2026

İranda bu şəxslərin əmlakları müsadirə ediləcək

İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
Eye

İran Baş Prokurorluğu ABŞ və İsraillə əməkdaşlıq etdiyi iddia edilən xaricdə yaşayan vətəndaşlarının bütün əmlaklarının ələ keçiriləcəyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, qərar Vaşinqton və Təl-Əvivin Tehrana qarşı başlatdığı müharibə fonunda düşmən hökumətlərin və ya qrupların xeyrinə hərəkət edən şəxsləri hədəfləyir.

Qərarın əsas məqsədi “ölkənin təhlükəsizliyinə qarşı həyata keçirilən hər cür əməliyyat hərəkətlərini” dayandırmaq və cəzalandırmaqdır.

Dövlət televiziyasının yaydığı məlumata görə, sanksiyalar 2025-ci ilin oktyabrında qüvvəyə minmiş İran İslam Cinayət Məcəlləsinə əsaslanır.

“Sionist rejimi, ABŞ hökuməti və ya digər düşmən rejimlər adından hərəkət edənlərin bütün əmlakları müsadirə ediləcək və bu şəxslər edam cəzasına məhkum ediləcək”, - sənəddə bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar