Ru
18:59 / 08 İyun 2026

İranda bütün hava limanlarından uçuşlar dayandırıldı

İranda bütün hava limanlarından uçuşlar dayandırıldı
Eye

İranda bütün hava limanlarından uçuşlar növbəti bildirişədək dayandırılıb.


Bakupost.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi ölkənin Mülki Aviasiya Təşkilatına istinadən məlumat yayıb.

Məlumata görə, qərar ölkənin qərb hissəsində hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.

İran hakimiyyəti iyunun 8-nə keçən gecə təhlükəsizlik səbəbi ilə ölkənin hava məkanının qərb sektorunu bağladığını açıqlamışdı. Məhdudiyyətlər İran və İsrail arasında raket zərbələri fonunda tətbiq olunub.

Həmin gecə İraq hakimiyyəti də mülki aviasiya üçün məhdudiyyətlər tətbiq etsə də, daha sonra hava məkanını yenidən açıb.

"İsrail"in N12 telekanalının məlumatına görə, Təl-Əviv əməliyyatın dayandırılması ilə bağlı siqnallar verib, lakin bununla bağlı rəsmi təsdiq açıqlanmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar