Dünən İranda etiraz aksiyalarının 11-ci günündə ölkənin bir sıra şəhərlərində vəziyyət daha da gərginləşib.
Bakupost.az xəbər verir ki, Nişabur, Məşhəd, Qəzvin, Torbət-e Cam, Kirmanşah və Kərəc şəhərlərində etirazçıların təhlükəsizlik qüvvələrini küçələrdən sıxışdıraraq geri çəkilməyə məcbur etdiyi bildirilir.
Məlumatlara görə, Nişabur şəhəri qismən etirazçıların nəzarətinə keçib. Məşhəd şəhərində SEPAH-a məxsus avtobus etirazçılar tərəfindən yandırılıb. Rəşt şəhərində isə mülki geyimli SEPAH zabitinin tərksilah edildiyi bildirilir.
Kərəc və Tonekabon şəhərlərində təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silahdan və gözyaşardıcı qazdan istifadə etdiyi haqda məlumatlar yayılıb.
Kaşan şəhərində etirazçılar Qasım Süleymaninin heykəlinə od vurdular. Fars əyalətinin Çenarşahixan şəhərində isə Süleymaninin heykəlini sökürlər.
İğtişaşlarda 3 polis zabiti öldürülüb. Tehranın Malard rayonunda polis polkovniki Şahin Dehqan etirazçılar tərəfindən bıçaqlanaraq, Lordegan şəhər polisinin zabitləri Hadi Azarsalim və Müslim Məhdəvi-Nəsəb isə güllələnərək öldürülüblər.
Cavid, BakuPost