Ru
17:58 / 12 Yanvar 2026

İranda etnik repressiyalar başladı

İranda etnik repressiyalar başladı
Eye

İranın Sistan və Bəluçistan əyalətində repressiyalar daha da sərtləşib.

Bakupost.az Teleqram kanallarına istinadən xəbər verir ki, son iki gün ərzində bölgədə keçirilən etiraz aksiyaları zamanı azı 200 nəfər saxlanılıb. Həbslərin böyük hissəsi Zahidan şəhərində həyata keçirilib. Bununla bağlı, “Halvəş” Teleqram kanalı məlumat yayıb.

Məlumatlara görə, təhlükəsizlik qüvvələri etirazların yatırılması zamanı zorakılığa əl atıb. Zahidanda tutulanlar arasında qadınlar, kişilər, uşaqlar və tələbələr də var. Bildirilir ki, saxlanılanların əksəriyyəti etnik bəluçlardır və onların çoxu döyülüb.

Repressiv qüvvələrin öz məlumatına əsasən, saxlanılanların təxminən 80 faizi qadınlardır və onlar da fiziki zorakılığa məruz qalıblar. Etirazlar zamanı həbs edilən bəluçların sayının daha çox olduğu, ancaq hamısının kimliyinin hələlik müəyyən edilmədiyi qeyd olunur.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar