İranın xüsusi xidmət orqanları Fransa səfirliyinin iki əməkdaşını saxlayıb.
"Bakupost" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "X" sosial şəbəkəsində məlumat verib.
"Onlar heç bir əsas olmadan bir neçə saat ərzində saxlanılıb, dindirilib və onlardan biri kobud rəftara məruz qalıb. Nəticədə diplomatlar hazırda təhlükəsiz şəraitdə olduqları səfirliyə qayıda biliblər", — deyə XİN rəhbəri bildirib.
Barro əlavə edib ki, yaxın saatlarda səfirlik əməkdaşları Fransaya qayıdacaqlar. Onun sözlərinə görə, baş verənlər bir "qorxutmaq aktı" və "diplomatik immunitetin pozulması"dır.
Nazir qeyd edib ki, saxlanılan diplomatlar İranda vətəndaş cəmiyyətinə dəstək üzrə Fransa proqramlarının icrası ilə məşğul imişlər.