Ru
16:27 / 13 Yanvar 2026

İranda həkimlər dilə gəldi – “Belə repressiya görməmişdik” – VİDEO

İranda həkimlər dilə gəldi – “Belə repressiya görməmişdik” – VİDEO
Eye

İran paytaxtı Tehranda və bir sıra şəhərlərdə etirazçılara qarşı həyata keçirilən repressiyalar zamanı ölən və yaralananların sayının misli görünməmiş həddə çatdığı deyilir.

Bakupost.az “Iran Wire” saytına istinadən xəbər verir ki, iki gecə davam edən qarşıdurmalar zamanı təhlükəsizlik qüvvələri etirazçılara birbaşa, əsasən baş və boyun bölgəsindən güllə ilə atəş açıb.

“IranWire”nin ölkədəki mənbələrinin məlumatlarına görə, Tehran, Şiraz, Nəcəfabad və Nişapur şəhərlərində çalışan tibb işçiləri də ağır itkiləri təsdiqləyib. Sayta danışan bəzi həkimlər bildirir ki, “yaralıların və ölənlərin sayı o qədər çoxdur ki, əvvəllər belə bir mənzərə ilə rastlaşmayıblar”.

Hesabat beş tibb işçisi, bir fəal və bir neçə şahidin məlumatlarına, eləcə də video və foto sübutlara əsaslanır. Hüquq müdafiəçiləri internetin kəsilməsi səbəbindən real itkilərin daha çox ola biləcəyini qeyd edirlər.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar