İran Mərkəzi Bankında növbəti istefa qeydə alınıb. Bankın valyuta məsələləri üzrə sədr müavini Əlirza Gəçpəzzadə vəzifəsindən istefa verib.
Bakupost.az xəbər verir ki. İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti Gəçpəzzadənin istefa ərizəsini qəbul edib. O, Mərkəzi Bankın keçmiş baş direktoru Məhəmməd Rza Fərzinin rəhbərliyi dövründə valyuta əməliyyatları üzrə müavin vəzifəsinə təyin olunmuşdu. (Javan Online)
Qeyd edək ki, ötən həftə Mərkəzi Bankın baş direktoru Məhəmməd Rza Fərzin də vəzifəsindən istefa verib. Ardıcıl istefalar ölkədə maliyyə və valyuta siyasəti ətrafında yaranmış gərginliyi daha da artırıb.
Cavid, BakuPost