Ru
22:57 / 03 İyul 2026

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO
Eye

Tehranın İnqilab (Enqelab) meydanında İranın sabiq Ali rəhbəri Əli Xameneinin xatirəsinə yumruq formasında monument ucaldılıb.


"Bakupost" xəbər verir ki, bu barədə TASS agentliyi yazır.

Şəhər boyu həmçinin bu rəmzi əks etdirən plakatlar, eləcə də Xameneinin və ABŞ ilə İsrailin hücumları nəticəsində həlak olmuş digər hərbi və siyasi xadimlərin portretləri olan bannerlər yerləşdirilib. Küçələrdə İran bayraqları paylanılıb, paytaxtın mərkəzində isə böyük insan sıxlığı müşahidə olunub.


Elan edilmiş ümummilli matəm günlərinə baxmayaraq, Tehranda mağazalar və kafelər qismən fəaliyyətini davam etdirib, həmçinin küçə ticarəti də fəaliyyətdə olub.

Növbəti günlərdə Tehran, Qum və digər şəhərlərdə matəm tədbirlərinin, eləcə də İraqda anım mərasimlərinin keçirilməsi planlaşdırılır. Dəfn mərasimi, plana uyğun olaraq, onun doğma şəhəri Məşhəddə baş tutacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar