İranın Ali lideri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Müctəba Xamenei ölkənin ali hərbi komandanlığında bir sıra mühüm vəzifələrə yeni şəxslərin təyin olunması barədə fərmanlar imzalayıb.
"Bakupost" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, SEPAH-a general-mayor rütbəsi ilə Əhməd Vahidi rəhbər təyin olunub. Onun müavini vəzifəsinə isə SEPAH general-mayoru Mustafa Ezadi gətirilib.
İran Hərbi Dəniz Qüvvələrinin komandanlığı kontr-admiral Əli Əzəmiyə həvalə edilib.
Bundan başqa, hərbiləşdirilmiş “Bəsic” qüvvələrinin rəhbəri vəzifəsinə Hüseyn Təeb təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargahı rəisi vəzifəsinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Əli Abdullahinin təyin edildiyi ilə bağlı məlumat yayılmışdı.