ABŞ-nin son hücumlarına cavab olaraq İran Silahlı Qüvvələrinin Suriya, Küveyt, Bəhreyn və Omandakı ABŞ hərbi bazaları və obyektlərinə zərbələr endirdiyi bildirilib.
“Bakupost” xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu Suriyanın Əl-Tanf bazasında yerləşən ABŞ hərbi obyektinin hədəfə alındığını açıqlayıb. Bildirilib ki, hücum zamanı radar sistemi və hərbi helikopterlər məhv edilib.
İran tərəfi Küveytdə ABŞ-yə məxsus hava hücumundan müdafiə sistemlərinin, silah anbarlarının və hərbi texnikanın, Omanda isə radar obyektlərinin vurulduğunu bəyan edib. Həmçinin Küveyt və Bəhreyndəki ABŞ hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyi qeyd olunub.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İrana qarşı növbəti hücum dalğasının başa çatdığını açıqlayıb.
Vüsalə Hüseynova,
BakuPost