Ru
21:46 / 01 Sentyabr 2026

İrandan sərt xəbərdarlıq: “Hədəf alacağıq”

İrandan sərt xəbərdarlıq: “Hədəf alacağıq”
Eye

İran Baş Qərargahı ABŞ-nin bəzi region ölkələrindəki hərbi bazalardan İrana qarşı hücumlar üçün istifadə etdiyini bildirərək, hücumun mənbəyi harada olursa olsun həmin ərazinin hədəf alınacağını açıqlayıb.

“Bakupost” xəbər verir ki, İran Baş Qərargahının yaydığı açıqlamada ABŞ-nin xəbərdarlıqlara baxmayaraq bəzi region ölkələrindəki bazalardan İran ərazisinə hücumlar üçün istifadə etdiyi bildirilib.

Açıqlamada İranın bu hücumlara göz yummayacağı və ABŞ-nin hücumlarını asanlaşdıran tərəflərin də hədəfə çevrilə biləcəyi vurğulanıb.

Qeyd edək ki, ABŞ ordusu daha əvvəl Hörmüz boğazı yaxınlığındakı Lark adasına zərbələr endirib. İran isə buna cavab olaraq regiondakı ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar