ABŞ İslam Respublikasındakı körpülərə və ya elektrik stansiyalarına hücum etmək qərarına gələrsə, İran silahlı qüvvələri Yaxın Şərqdəki Amerika infrastrukturuna simmetrik zərbələr endirəcək.
"Bakupost" xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran İslam Respublikası Hörmüz boğazında istənilən gəmiyə raket, reaktiv mərmi, PUA və ya hər hansı digər vasitə və silahla atəş açarsa, Birləşmiş Ştatlar İranın paytaxtında və ya onun yaxınlığında yerləşən bir körpünü və ya elektrik stansiyasını bombardmanla məhv edəcək.