İran Omanla aparılan danışıqlar çərçivəsində ABŞ və İsrailə məxsus gəmilərin Hörmüz boğazından keçidinin qadağan olunmasını tələb edir.
“Bakupost” xəbər verir ki, Tehran həmçinin “düşmən ölkələrə” aid gəmilərin keçidinə icazə verilməzdən əvvəl təzminat ödənilməsini istəyir.
Məlumata görə, bu tələblər enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqlarda yeni fikir ayrılığı yaradıb.
Hazırlanan saziş layihəsi İran parlamentinin müzakirəsinə təqdim olunub. Layihədə ABŞ və İsrailə məxsus gəmilərin keçidinə qadağa, İsraillə əlaqəli yüklərin daşınmasının qarşısının alınması, eləcə də sığorta, ekoloji xərclər və digər xidmətləri əhatə edən yeni ödəniş sisteminin tətbiqi nəzərdə tutulur.
ABŞ isə Hörmüz boğazında əvvəlki sərbəst keçid rejiminin bərpa olunmasının tərəfdarı olduğunu bildirib.
Vüsalə Hüseynova,
BakuPost